Xəbər lenti

İdman 20:04 30.06.2024

"Qarabağ"dan ayrılan forvardın yeni klubu bilindi

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.
 
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi "Bandırmaspor"la müqavilə imzalayıb.
 
Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il "Qarabağ"da oynayan Diakabi mövsümün sonunda komandadan ayrılıb.
 
Qeyd edək ki, fransalı futbolçu "Qarabağ"ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda beş qol, iki assistlə yadda qalıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->