Aktyor Fərda Xudaverdiyev həbs olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Aktyor “Onlar” verilişinə açıqlamasında bildirib ki, yayılan məlumatlar əsassızdır:
“Satdığım maşının krediti ilə bağlı problem yaranmışdı. Müqavilə müddəti bitmişdi və kredit ödənilməmişdi. Maşın mənim adıma idi, avtomobili başqasının adına keçirmək mümkün olmadığı üçün problem yarandı. Həbs olunmamışam. Allah eləməsin ki, bir insan yıxılsın. İllərlə çəkdiyi əziyyəti kənara qoyub, insanı məhv etməyə çalışırlar. Bu müddətdə dost bildiyim insanları yaxşı tanıdım”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər