Xəbər lenti

“Həbs olunmamışam...” - Fərda Xudaverdiyev
Maqazin 11:00 08.06.2015

“Həbs olunmamışam...” - Fərda Xudaverdiyev

Aktyor Fərda Xudaverdiyev həbs olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Aktyor “Onlar” verilişinə açıqlamasında  bildirib ki, yayılan məlumatlar əsassızdır:

“Satdığım maşının krediti ilə bağlı problem yaranmışdı. Müqavilə müddəti bitmişdi və kredit ödənilməmişdi. Maşın mənim adıma idi, avtomobili başqasının adına keçirmək mümkün olmadığı üçün problem yarandı. Həbs olunmamışam. Allah eləməsin ki, bir insan yıxılsın. İllərlə çəkdiyi əziyyəti kənara qoyub, insanı məhv etməyə çalışırlar. Bu müddətdə dost bildiyim insanları yaxşı tanıdım”.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->