Tanınmış prodüser Təranə Səmədova və stilist İntuşun həbs olunmasından sonra şou-biznes nümayəndələrinin həbs həyatı yenidən gündəmə gəlib. Təranə və İntuş İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onlar qızları fahişələyi cəlb etməkdə günahlandırılır. Hər kəsə bəllidir ki, bir çox tanınmışın bir çoxlarının yolu həbsxanadan keçib. Onlardan bəziləri hazırda elə həbsdədir.
Qaynarinfo azxeber.com-a istinadən adı cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurları sizə təqdim edir:
Tanınmış idmançı Kamil Zeynallı 2 dəfə həbsdə olub.
"Bir il türmədə olmuşam. Bir dava olmuşdu, mənə söyüş söyülmüşdü. Həmin söyüşə görə başım çevrilmiş, əsəbilərim korlanmışdı. İki dəfə başıma belə hadisə gəlib, həbsdə olmuşam”.
Müğənni Maral Tahirqızının da yolu həbsxanadan keçib.
Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda azadlıqdadır.
Məşhur meyxanaçı Mahir Cürət də həbsdə yatıb. 2016-cı ildə narkotik üstündə tutulan meyxanaçı artıq həbsdən çıxıb. Mahir Cürət Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında cəza çəkib.
Xanım müğənnimiz Fədayə Laçın da hazırda həbsxanadadır. Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
Növbəti sırada tanınmış müğənni-bəstəkar Tunar Rəhmanoğlu dayanır. Azəri Günelin qardaşı kimi də tanınan ifaçı 2013-ci ilin mayın 4-də həbs edilib. Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması olub. O, 10 gün həbs yatıb.
Müğənni Vüsal Əliyevin də yolu həbsxanadan keçib. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib.
Azərbaycanı ilk dəfə "Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.
Reper Elşad Xose (Əliyev) də narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. O, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.
Rejissorlardan Aqil M.Quliyevə 2013-ci il aprelin 23-ü Xətai rayon Məhkəməsində keçirilən prosesdə 1 il 6 ay həbs cəzası verilib. Səbəb kimi, rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat pul alması və pulu geri qaytarmadığı göstərilib.
Gənc Tamaşaçılar Teatrının rejissoru Ağalar İdrisoğlu yolu həbsxanadan keçənlərdəndir. A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Onun barəsində istintaq müddəti üçün 2 ay həbs-qətimkan tədbiri seçilib. O, bir qrup şəxslə birgə şəbəkə biznesində təqsirləndirilib.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov isə soyğunçuluqda günahlandırılıb. 2008-ci ilin yanvarında saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi oxunub. O, 6 il həbs cəzası alıb.
Şərhlər