Həkim COVID-19-dan sonra ağciyərləri bərpa etməyin yollarını sadaladı

Həkim COVID-19-dan sonra ağciyərləri bərpa etməyin yollarını sadaladı

Koronavirusun yaratdığı infeksiya ən çox ağciyərin funksiyasına zərbə vurur, buna görə Rusiya Elmlər Akademiyasının professoru, pulmonoloq Kirill Zykov orqanın normal işləməsi üçün bərpa üsullarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, hər şeydən əvvəl mütəxəssis qeyd edib ki, veyp-qəlyanlar və elektron siqaret də daxil olmaqla siqaretdən tamamilə imtina etmək lazımdır. Onun sözlərinə görə, tənəffüs sisteminin tam reabilitasiyası çox vacibdir.

"Bu, fizioterapevtlərin, fiziki terapiya mütəxəssislərinin, nutritionistlər, psixoloqlar da daxil olmaqla bir neçə sahənin mütəxəssislərinin iştirak etdiyi kompleks, bütöv bir proqramdır",- həkim deyib.

KP.RU saytına görə, reabilitasiyanın yaxşı nəticə verməsi üçün təxminən iki ay ərzində həftədə üç dəfə ən azı yarım saat məşq etmək lazımdır. Təlim hərtərəfli olmalı və fiziki yükü daha az olan aktiv məşqlərlə birləşdirilməlidir.

Ağciyər vəziyyətinin pisləşməsi riskini azaltmaq üçün özünüzü kəskin respirator virus infeksiyalarından qorumalısınız, çünki bu, pnevmoniyaya səbəb ola bilər.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR