Sağlamlıq 09:30 20.09.2020

Həkimdən məsləhət: Hansı məhsullarla yuxunu yaxşılaşdırmaq olar?

Yuxularımızı melatoninin istehsalına kömək edən qidalardan istifadə etməklə yaxşılaşdırmaq olar. 

Qaynarinfo xəbər verir ki, bu sözləri doktor Myasnikov "Rusiya 1" televiziya kanalının efirində yuxunun necə tənzimlənəcəyindən danışarkən deyib. "Melatonin maddəsi bir hormondur. Bunun çatışmazlığı olanda insan yuxuya getməkdə çətinlik çəkir. Yuxu fasilələrlə və narahat olur”, - doktor bildirib.

Bu problemlərdən qaçmaq üçün Myasnikov triptofanla zəngin qidalar yeməyi məsləhət görür. Bədən melatonin istehsalına məhz bu amin turşusuyla başlayır. Triptofan isə yumurta, albalı, banan, pomidor, qoz-fındıq, bal və brokolidə olur.
 
Alpər