Məlumatlara görə, Şirvan şəhərində həkimlərin 3 aylıq sığorta pulu ödənilməyib.
Cebhe.info xəbər verir ki, məlumatı Azərbaycan Həkimlər Birliyinin sədr müavini, tanınmış həkim- radioloq Aydın Əliyev təsdiqləyib.
O qeyd edib ki, həkimləri bu qədər incitmək düzgün deyil: "Şirvan şəhərində həkimlərə yanvar-fevral-mart aylarının sığorta pullarını verməyiblər.
1 qəpik də verməyiblər. Cənab Prezident sizə səhiyyəni qurmağı tapşırıb, qırmağı tapşırmayıb".
Şərhlər