Dünya 12:29 12.05.2021

HƏMAS lideri Qüds uğrunda mübarizədə zəfər çaldıqlarını elan etdi

Fələstinin HƏMAS hərəkatının döyüşçüləri İsraili şəhərlərinə raket ataraq məğlub etdi.

Qaynarinfo İnterfaks-a istinadla xəbər verir ki, bu sözləri HƏMAS hərəkatının lideri İsmail Haniya bildirib. O, çıxışında HƏMAS-ın "Qüds uğrunda mübarizədə zəfər qazandığını" söyləyib.

Haniya HƏMAS və İsrail arasında indi "yeni bir güc tarazlığı"nın yarandığını hesab edir. O, əlavə edib ki, İsrail tərəfindən münaqişənin böyüməsi halında HƏMAS hərəkatı "buna da hazırdır".

Xatırladaq ki, bir qədər əvvəl HƏMAS Təl-Əviv istiqamətində 130 raketin atılması barədə məlumat verib. İsrail atəşə tutulmaqdan qorunmaq üçün "Dəmir Günbəz” müdafiə sistemini işə salıb. Buna baxmayaraq, yaşayış məntəqələrində bir neçə raket partlayıb, mediada ölən qadın və onlarla qurban haqqında məlumat verilib.

Atəşlərdən sonra Baş nazir Binyamin Netanyahu fələstinli qrupların bunu "qanları ilə ödəyəcəklərini" bildirib və Müdafiə naziri Beni Qants ordunun Qəzza zolağındakı yüzlərlə hədəfə zərbə hazırladığı barədə məlumat verib.
 
Alpər