HƏMAS üç gün ərzində İsrailə 1500-dən çox raket atıb

HƏMAS üç gün ərzində İsrailə 1500-dən çox raket atıb

Son üç gündə Qəzza zolağından İsrailə 1500-dən çox raket atılıb.

 

Qaynarinfo xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidmətinin Tvitterdə yaydığı məlumatda deyilir.


Məlumatda HƏMAS-ın 140 km məsafə boyu İsrailin mülki əhalisini terrora məruz qoyduğu qeyd olunur.


Atılan raketlərdən təxminən 350-nin İsrail ərazilərinə çatmadığı və yüzlərlə digərinin "Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən tutulduğu da bildirilir.


Xatırladaq ki, bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin cümə axşamı gecəsi Qəzzadan atılan raketlərə cavab olaraq sektora növbəti zərbələr endirdiyi bildirilib. Xüsusi olaraq, hücumlar Fələstin hərəkatı HƏMAS-ın kəşfiyyat xidmətlərinin yerləşdiyi binaya və təşkilatla əlaqəli bir banka qarşı həyata keçirilib.

 

Alpər

X
XƏBƏRLƏR
BLOGLAR