Xəbər lenti

“Həmin erməni əhalinin Qarabağda aborigen olması vacib şərtdir...” - Ekspert
Siyasət 15:14 28.01.2021

“Həmin erməni əhalinin Qarabağda aborigen olması vacib şərtdir...” - Ekspert

"Qarabağda doğulmayan əhalinin həmin ərazilərdən çıxarılma hüququ Azərbaycan tərəfinin  səlahiyyətlərinə aiddir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Vəliyev deyib. Onun sözlərinə görə, Ermənistandan Azərbaycana qayıdan qaçqınların sayı 51 minə yaxınlaşıb:

"Ölkə prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Dağlıq Qarabağın bütün ərazisində təxminən 65 min nəfər erməni əhali yaşayıb. Həmin əhalidən başqa Qarabağda 40 min də azərbaycanlı olub. Sonradan erməni əhalinin sayı süni şəkildə digər ölkələrdən köçürülən erməni və başqa millətlərin sayı hesabına artırılsa da, onlar Dağlıq Qarabağın yerli əhalisi hesab olunmur. Və onların Qarabağa  köçürülməsi həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquqa ziddir. Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşamayan əhalinin əraziyə köçürülməsinin qarşısını almaq üçün həm BMT-nin qaçıqlanlar üzrə ofisi, həm də Rusiyanın müvafiq qurumları ilə əməkdaşlıq edir. Hazırda erməni mətbuatında yayılan məlumata görə, artıq Rusiya ilə Ermənistan arasında bir ay müddətinə hava yolunun açılması Qarabağdan 11 min nəfər əhalinin geriyə, yenidən İrəvana qayıtması ilə müşaiyət olunur. Böyük ehtimalla bu əhalinin geri qayıtmasına səbəb, onların Ermənistanı tərk edərək Rusiyaya getməsi ilə əlaqəli olduğunu düşünməyə əsas verir”.  
Ədalət Vəliyev qeyd edib ki, Azərbaycan tez və ya gec Dağlıq Qarabağ ərazisində hakimiyyət orqanları, idarəetmə sistemini tam qurduqdan sonra oraya köçürülən əhalinin yaşayışını, təhlükəsizliyini, sosial və iqtisadi imtiyazlarını erməni əhalisi üçün də təmin etməyi öhdəsinə götürüb:

"Lakin burada bir iş var. Həmin erməni əhalinin mütləq Qarabağın aborigen əhalisi olması vacib şərtdir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->