Xəbər lenti

“Həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir” – Deputat
Ölkə 18:33 15.07.2020

“Həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir” – Deputat

"Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiq edir ki, Azərbaycan Ordusu ölkəmizin müdafiəsini təmin etməyə və vətən uğrunda şücaətlə mübarizə aparmağa qadirdir”.

Qaynarinfo xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun fikrincə, ötən gecə minlərlə insanın paytaxtımızın müxtəlif ərazilərində əllərində Azərbaycan bayrağı ilə çıxış etməsi xalqımızın ordumuza olan dəstəyinin və ruh yüksəkliyinin göstəricisidir:

"Onlar ölkəmizin himnini oxuyaraq "Qarabağ!”, "Orduya dəstək!”, "Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəklərini ifadə ediblər. Təəssüf ki, ötən gecə aksiya zamanı bir qrup insan mövcud vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə, vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışıblar. Aksiya iştirakçılarının əksəriyyəti polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməyib, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni şəkildə Milli Məclisin binasına daxil olublar. Onlar binaya zərər vuraraq parlamentin foyesində "Allahu-Əkbər” şüarları səsləndiriblər. Biz xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”. 

V. Bayramov bildirib ki, istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik nümayiş etdirməliyik: "Həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətli davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->