Xəbər lenti

Hər il dünyada 1 trilyon dollar rüşvət verilir
Dünya 16:54 09.12.2019

Hər il dünyada 1 trilyon dollar rüşvət verilir

Bu gün Beynəlxalq korrupsiya ilə mübarizə günüdür.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı bu barədə statistik göstəriciləri açıqlayıb. Məlumata görə, hər il qlobal miqyasda 1 trilyon dollar rüşvət verilir və təxminən 2,6 trilyon dollarlıq korrupsiya faktı qeydə alınır. Bu, qlobal ümumdaxili məhsulun 5 faizi qədərdir. Korrupsiyanın bütün cəmiyyətlərdə iqtisadi və sosial inkişafı baltalayan ağır cinayət olduğunu vurğulayan BMT Korrupsiyaya Qarşı İttifaq kampaniyasının genişləndiriləcəyini vəd edib.

Həmçinin ictimai fondların şəxsi hesablara köçürülməsinin ayrıca cinayət olduğu qeyd olunan açıqlamada korrupsiyanın iqtisadi zərərlə yanaşı, iqlim böhranını dərinləşdirdiyi və daha çox insanın həyatını itirməsinə səbəb olduğu bildirilir.

Dünya Bankının məlumatlarına görə su sektoru büdcəsinin 20-40 faizini qanunsuz fəaliyyətlər səbəbindən itirir. Rabitə və İnformasiya sektorunda da vəziyyətin eyni olduğu deyilir. 

2018-ci ilin Beynəlxalq Korrupsiya İndeksində 11 beynəxalq təşkilat tərəfindən 180 ölkədə aparılan 13 fərqli araşdırmanın nəticələri yer alıb. Mütəxəssislər, biznes dünyası və qeyri-hökumət təşkilatları ictimai sektordakı korrupsiya dərəcəsini 0-dan 100-ə qədər dərəcələndiriblər. 100 ən aşağı, 0 isə korrupsiyanın ən yuxarı həddi kimi götürülüb.
 
Camal
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->