Foto 16:40 24.10.2021

Hərbi dənizçilərimiz Türkiyədə təcrübə kursunu başa vurdu (FOTO)

Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar 27 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.