Ölkə 18:19 20.10.2020

Hərbi ekspert: “Düşmənin ağlı olsaydı, günü bu gün təslim olardı...”

"Düşmənin hərbi texnikası və ordusu məhv edilib. Onlarda ağıl olsaydı, günü bu gün təslim olub, çıxıb gedərdilər”.


BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov Zəngilan rayonunun işğaldan azad olunmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad olunması düşmən tərəfdə böyük məyusluq yaradır:

 

"Qarabağın işğaldan azad olması ilə bağlı xəbərlər Azərbaycan xalqında böyük əhval-ruhiyyə yaradır. Ordumuz qısa müddətdə Cəbrayıl, Füzuli rayonu və kəndlərini, bundan əlavə Xocavənd, Hadrut, Tərtər, Ağdarənin çoxlu sayda kəndini işğaldan azad edib. Bu gün isə Zəngilan və rayonun bir neçə kəndi azad edilib. Proses davam edir, Qarabağ bütünlüklə azad olunacaq. Torpaqlarımızın alınması xalqımızda böyük əhval-ruhiyyə, düşmən tərəfdə isə çox böyük məyusluq yaradıb”.

 



Emin Həsənli düşmən tərəfin böyük itkilər verdiyini qeyd edib:


"Düşmən məğlub olur, canlı qüvvə, texnika itirir, əraziləri boşaltmağa məcbur olur və Azərbaycan Ordusu tərəfindən torpaqlardan qovulur. Proses davam edir. Görünən odur ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa vaxtda hər şey sona yetəcək. Azərbaycan ordusu işğal altında olan torpaqları bütünlükə azad edəcək”.


Bahar Rüstəmli