Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri noyabrın 9-da Ağdam rayonunda görüşlər keçiriblər.
Fonddan "Qaynarinfo"ya verilən məlumata görə, Ağdam rayon Heydər Əliyev Mərkəzində gənclərlə keçirilən görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir ildir fəaliyyət göstərən RİİB-in həyata keçirdiyi layihələr, görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, RİİB əhali ilə daha sıx ünsiyyətin yaradılması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
RİİB-in layihələrində gənclərin fəal rol oynadığını deyən Anar Ələkbərov Ağdam rayon gənclərini də qurumun fəaliyyətində aktiv iştiraka, bölgənin inkişafı istiqamətində ideya və təkliflər irəli sürməyə çağırıb.
Qaynarinfo.Az
Şərhlər