"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin analoji qurumları arasında heyvandarlıq sahəsində əməkdaşlıq üçün böyük potensial var”.
Qaynarinfo xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, Azərbaycan ECO ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir.
Q.Təhməzli qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi ölkədə qida təhlükəsizliyinə nəzarəti həyata keçirmək, bu istiqamətdə beynəlxalq standartları öyrənməkdir.
"2017-ci ilin yanvar ayından agentliyinin fəaliyyətə başladığı tarixə qədər Azərbaycam mallarından imtina hallarının sayı 36 idi, hazırda bu rəqəm 11-ə düşüb. Azərbaycandan Avropa İttifaqına heyvan mənşəli qida məhsullarının ixracının asanlaşdırılması üçün işlər həyata keçirilir. Nəticədə ixrac həcmi nəzərəçarpacaq dərəcədə artacaq", - deyə o, bildirib
Şərhlər