Xəbər lenti

Ekonomiks 19:33 29.05.2021

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirildi (YENİLƏNİB)

Dövlət Sosial Müdafiə Fondunun Qazax Şöbəsində 30-nəfər əməkdaşın işdən çıxarılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qaynarinfo "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar, işçilərin işdən azad edilməsi faktı əsassızdır.
 
 16:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.

32gun.news-un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki,Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin keçmiş rəhbəri və işçiləri tutduqları vəzifədən azad edilib. Onların yerinə gənc kadrlar gətirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->