Xəbər lenti

Texnologiya 14:45 30.06.2020

Hindistan "Tik-tok"u qadağan etdi

Hindistanda Tik-tok sosial şəbəkəsi də daxil olmaqla Çin mənşəli 59 tətbiqin istifadəsinə qadağa qoyulub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hökumət sözügedən tətbiqlərin Hindistanın suverenliyinə və ərazi bütövlüyünə zərər verdiyi qənaətindədir. Tətbiqlərin ölkənin müdafiəsinə, dövlət təhlükəsizliyinə və ictimai vəziyyətə zərərli olduğu bildirilib.

Hökumət həmçinin Çində hazırlanan proqramların mobil telefonlardan başqa digər cihazlarda da əngəllənəcəyini açıqlayıb. Siyahıda Tik Tok, WeChat, UC Browser, Kwai, Baidu Map, Clash of Kings, Mi Community, Club Factory, UC News, Weibo, QQ Music və Mobile Legends kimi tətbiqlər yer alıb.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?