Hindistanda vaqonlar Covid-19 müalicə mərkəzlərinə çevrildi (FOTOLAR)

Hindistanda vaqonlar Covid-19 müalicə mərkəzlərinə çevrildi (FOTOLAR)

Hindistanda xəstəxanalar dolduğu üçün vaqonlar koronavirus xəstələrinin müalicəsi üçün mərkəzlərə çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Hindistanın rəsmi sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, vaqonlar tam şəkildə dezinfeksiya edilib və xəstələrə xidmət göstərilməsi üçün hazır vəziyyətə gətirilib.

Hindistan Dəmir Yolları təxminən 5 min vaqonun xəstəxana kimi istifadə ediləcəyini açıqlayıb. Ölkədə eyni zamanda bəzi idman kompleksləri də xəstəxanaya çevrilib. 

Qeyd edək ki, 1,3 milyard əhalisi olan Hindistanda bu vaxta qədər 1590 nəfər virusa yoluxub, 45 nəfər isə həyatını iirib.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR