Hollandiyada Məhəmməd Peyğəmbərlə əlaqədar karikatura yarışı təşkil ediləcək.
Qaynarinfo xəbər verir ki, Azadlıq Partiyasının lideri Xeert Vildersin təklifi Milli Təhlükəsizlik və Terrorla Mübarizə Koordinatoru Dik Sxof tərəfindən qəbul edilib. Yarış və sərgi parlament binasının içində bu il ərzində keçiriləcək. Bildirilir ki, belə bir addımın atılması üçün təhlükəsizlik problemi yoxdur.
Yarışın qalibinə 5 min, 2-ci yerin sahibinə isə 2 min avro veriləcək.
Vilders bu addımla provakasiya yox, düşüncə azadlığına vurğu etmək istədiklərini deyib. Yarışın münsiflər heyətində Vilders və bosniyalı karikaturaçı Bosç Havstin yer alacaq.
Qeyd edək ki, Havstin müsəlmanlarla əlaqədar karikaturasına görə 2015-ci ildə ABŞ-ın Texas ştatında hücuma məruz qalıb.
2005-ci ildə Danimarkada "Jyllands - Posten" qəzetində dərc edilən Məhəmməd Peyğəmbər karikaturaları aksiyalara səbəb olmuşdu. Oxşar karikaturalara görə "Charlie Hebdo" jurnalının binası 2015-ci ildə hücuma məruz qalmış, 12 nəfər öldürülmüşdü.
Gülşən
Şərhlər