Dünya 18:26 17.08.2019

Hollandiya şahzadəsi vəfat etdi

Hollandiya Şahzadəsi Kristina 72 yaşında vəfat edib.

Qaynarinfo NY Times-a istinadən xəbər verir ki, Şahzadə Kristina Haaqada yerləşən sarayda ilik xərçəngi səbəbilə həyatını itirib. 

Qeyd edək ki, Şahzadə Kristina Kraliça Culiananın ən gənc qızı, Kraliça Biatriksin bacısıdır. 

Kral ailəsinin üzvü olmasına baxmayaraq Şahzadə Hollandiyadan kənarda, İtaliya, ABŞ, Kanada və İngiltərədə yaşayıb. Kristina kubalı həkimin oğlu ilə ailə həyatı qurub və 3 övlada sahib olub.

Gülşən