Honkonq aeroportundan bütün uçuşlar təxirə salınıb

Honkonq aeroportundan bütün uçuşlar təxirə salınıb

Honkonqda davam edən etiraz aksiyaları yerli hava limanının işini iflic edib.

Qaynarinfo xəbər verir ki, bu gün yerli vaxtla saat 16.30-dan sonra bütün uçuşlar təxirə salınıb. Etirazçıların ən çox toplaşdığı məkanlardan biri məhz beynəlxalq hava limanıdır. Eyni hal avqustun 12-də də baş vermişdi.

Honkonq beynəlxalq hava limanının rəsmi internet səhifəsində uçuşların təxirə salınması barədə elan yerləşdirilib və bütün sərnişinlərə aeroport terminallarını tərk etmək tövsiyə olunub. Avqustun 13-nə nəzərdə tutulan təxminən 370 reysin təxirə salınması on minlərlə sərnişinin çarəsiz vəziyyətə düşməsinə səbəb olub.

Qeyd edək ki, son aylar Honkonqda ekstradiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Honkonq hökumətinin icazəsi olmadan keçirilən aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR