Xəbər lenti

Texnologiya 21:35 14.04.2018

"Huawei"dən qatlanan telefon

Çinin "Huawei" şirkəti qatlanan telefonunu satışa çıxarmağa hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Samsung" və "Apple" şirkətləri də belə bir telefon üzərində çalışır. Lakin "Huawei"in daha tez bir müddətdə oxşar telefonu təqdim edəcəyi gözlənilir. 

Çin şirkətinin LG ilə birlikdə layihə üzərində işlədiyi iddialar arasındadır və iki nəhəngin "Samsung"un bazardakı liderliyinə qarşı birləşdiyi vurğulanır.

Qeyd edək ki, qatlanan telefon noyabr ayında təqdim ediləcək.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->