Dünya 10:15 22.02.2020

Husilər "Saudi Aramco"nu yenə vurdu

Yəməndəki Husi qüvvələri səudiyyə Ərəbistanının Yanbu şəhərindəki milli neft şirkəti "Saudi Aramco"ya hücum təşkil ediblər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yəhya Sarya açıqlama verib. O, hücumun 12 PUA və 4 raketlə edildiyini deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistan liderliyindəki koalisiyanın sözçüsü Turki əl-Maliki husilər tərəfindən Səudiyyə torpaqlarına daha əvvəl edilən hücumun qarşısının alındığını bildirmişdi. Əl Maliki sözügedən raketlərin Patrit PAC-3 hava hücumundan müdafiə sistemləri tərəfindən əngəlləndiyini vurğulamışdı.

Camal