Xəbər lenti

İbrahim Kalın:
Siyasət 21:28 21.10.2020

İbrahim Kalın: "Cənubi Qafqaza sülh ancaq Qarabağ işğaldan qurtulduqdan sonra gələcək"

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla münaqişəsi ilə bağlı növbəti açıqlamasına münasibət bildirib.

Bu barədə İ.Kalın "Twitter” hesabında yazıb.

"Paşinyanın "Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur. Kimin müharibə istədiyi bəllidir. Bu Türkiyənin və Azərbaycanın haqlılığını təsdiq etmişdir: Cənubi Qafqaza sülh və tərəqqi ancaq Qarabağ işğaldan qurtulduqdan sonra gələcək”, - deyə İ.Kalın qeyd edib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->