İbrahim Tatlısəs özündən 43 yaş kiçik sevgilisi ilə:

İbrahim Tatlısəs özündən 43 yaş kiçik sevgilisi ilə: "Qadınsız qala bilmərəm" (FOTOLAR)

Türkiyənin məşhur müğənnisi İbrahib Tatlısəs yeni sevgilisi Gülçin Karakaya ilə ilk dəfə görüntülənib.

Qaynarinfo xəbər verir ki, sənətçi yeni sevgilisi ilə "Kanal D"də yayımlanan "2. Sayfa" proqramında kameralar qarşısına çıxıb. Müğənni ilə sevgilisi arasında 43 yaş fərqi var. 

Tatlıses və Gülçin Karakaya Bodrumdakı bağ evində istirahət edir. Cütlüyün il yarımdır birlikdə olduğu deyilir.

Müğənninin, "Çox xoşbəxtəm. Mən qadınsız qala bilmərəm. Allah sahibinə bağışlasın", deməsi diqqət çəkib. Bundan başqa Karakayanın Tatlısesin bütün sosial şəbəkə hesablarını idarə etdiyi məlum olub.

Qeyd edək ki, 68 yaşlı müğənninn 7 övladı və 9 nəvəsi var.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR