Xəbər lenti

“Çiçək”dən çiçək kimi addım: onun evini təmir etdirdi - FOTO
Foto 17:32 03.11.2017

“Çiçək”dən çiçək kimi addım: onun evini təmir etdirdi - FOTO

"Çiçək” təxəllüsü ilə məşhurlaşan teleaparıcı Şəhla Vakkas ağır xəstəlikdən əziyyət çəkən və acınacaqlı şəraitdə yaşayan "Lalə” qızlar ansamblının solisti Elmira Əliyevanın evini təmir etdirib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə Milli.Az məlumat yayıb.

"Çiçək” sağ olsun, rəhbərlik etdiyi komanda ilə birlikdə mənim evimi təmir etdirdi. Çox mərd qızdır, Allah onun canını sağ, ömrünü uzun etsin. Evimi təmir etdirməklə yanaşı, mənə bir neçə məişət avadanlığı da hədiyyə etdi. Sağ olsun ki, mənə hörmət edib, bu təşəbbüsü irəli sürdü. Çox insanın mənə söz verib, etmədiyi yaxşılığı o etdi. Hal-hazırda xəstəxanada müalicə alıram, bir neçə günə ev şəraitində müalicəmi davam etdirəcəyəm”, – deyə E.Əliyeva bildirib.

Qaynarinfo.Az
 



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->