Bu dəqiqələrdə İçərişəhərdəki İlyas Əfəndiyev küçəsi 18 ünvanında yerləşən binanın sakinləri aksiya keçirirlər.
Sakinlərin etirazına səbəb yaşadıqları binanın bir neçə gün öncə uçmasıdır. Sakinlər “Yeni Musavat”a açiqlamalarında bildiriblər ki, yaşadıqları binanın bir hissəsi də bu gün uçub. Hadisə ilə bağlı İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən tədbir görülməyib. Aksiyaya həmin üvanda yerləşən Təmiz Dünya İctimai Birliyinin əməkdaşlari da qoşulublar.Birlikdən “Yeni Musavat”a verilən məlumata görə, binanın uçmasi nəticəsində onlar da ofisdən çıxmaq məcburiyyətində qalıblar.
İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi məsələyə münasibət bildirmək istəməyib.
Şərhlər