Ölkə 10:16 16.04.2019

İcra başçısı DSMF müdirini özünə müavin təyi etdi

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov özünə müavin təyin edib.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Elşən Salahovun müvafiq əmri ilə, Qurbanov Elşən Elşad oğlu Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. O, bu təyinata qədər Xəzər Rayon Sosial Müdafiə Fondunun müdiri vəzifəsində çalışıb.

Xəbəri Xəzər Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.