İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi

İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi

Sumqayıt Bələdiyyəsinin keçmiş sədri Sultan Əsədov yeni vəzifəyə təyin olunub.

APA-nın məlumatına görə, ötən həftə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsindən istefa verən Sultan Əsədov yeni posta təyin olunub. O, bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutacaq.

S.Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. 21 aprel 2016-cı il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və S. Əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Ötən həftə o, öz ərizəsi ilə sədr vəzifəsindən azad olunub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR