Ölkə 12:33 15.04.2021

İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi

Ağstafa rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı olan əməkdaşı yüksək vəzifəyə təyin olunub.

Qaynarinfo xəbər verir ki, icra başçısı Seymur Orucov Qədiməliyev Ariz Raquf oğlunu aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edib.

A.Qədiməliyev 2017-ci ilin fevral ayından Ağstafa RİH başçısı aparatının baş mütəxəssis-komendant vəzifəsində işləyib. 44 günlük Vətən müharibəsinin ilk günündən ehtiyatda olan zabit kimi ordu sıralarına qatılıb. Kəlbəcər və Şuşanın azad olunması uğrunda gedən hərbi əməliyyatların iştirakçısı olub.