Xəbər lenti

İcra başçısının qardaşı oğlu həbs edildi
Ölkə 16:24 16.07.2013

İcra başçısının qardaşı oğlu həbs edildi

Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə yüksək vəzifəli məmurun qohumunu saxlayaraq sənədlərini məhkəməyə təqdim edib.

Axşam saat 23:20 radələrində Mingəçevirdə avtoxuliqanlıq edən şəxs yaxalanıb. Polisə tabe olmayan şəxs avtomobili ilə birgə polis şöbəsində gecələməli olub.

Mingəçevirin Səməd Vurğun küçəsi və meydanında avtoxuliqanlıqla məşğul olan, Migəçevir şəhər sakini Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi "99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq, müxtəlif manevrlər edib və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmayıb.

Əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı inzibati protokol tərtib olunub.

Saxlanılan sürücü polis şöbəsində gecələməli olub. Artıq onun barəsində tərtib edilən sənədlər hazırlanaraq Mingəçevir şəhər məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin builki məzunu olan Yadigar Babayev həm də Mingəçevir şəhərinin keçmiş icra başçısı, hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin qardaşı oğludur.

Kanal S


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->