Xəbər lenti

İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri təsdiqlədi
Ölkə 13:49 27.05.2019

İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri təsdiqlədi

Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasında kadr dəyişikliyilə bağlı məlumat təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan Modern.az-a verilən məlumata görə, komissiyanın sədri Xalidə Bayramova vəzifəsindən azad olunub. Onun yerinə Hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyinat alıb.

Qeyd edək ki, X.Bayramova hazırda Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsini icra edir.

Onun vəzifədən uzaqlaşdırılmasının 162 saylı orta məktədə oxumuş Elina Hacıyevanın intiharı ilə bağlılığı olduğu iddia edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->