İcraiyyə Komitəsinə namizədlər açıqlandı - Aralarında Olimpiya çempionu da var

İcraiyyə Komitəsinə namizədlər açıqlandı - Aralarında Olimpiya çempionu da var

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə (İK) seçki keçiriləcək. 

Qayanrinfo xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İK-ya namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

Bu gün qeyd olunmuş müddət başa çatıb. İK üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer

1. İsgəndər Cavadov - Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev - Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov - Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer

1. Zaur Axundov - "Keşlə” FK tərəfindən
2. Rauf Əliyev - "Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov - "Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov - "Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Firudin Qurbanov - Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov - Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer

1. Elmar Məmmədyarov - Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Qeyd edək ki, İK üzvlərinin sayı 11-dən 13-ə artırılıb. Elxan Məmmədov indiyədək İK-ya üzv olmayıb ki, bu da Nizamnaməıyə görə baş katibin ola bilməməsiylə bağlıdı. Olimpiya çempionu Fərid Mansurovla beynəlxalq oyunlara AFFA nümayəndəsi kimi təyinat alan Könül Mehtiyevə də ilk dəfə namizədliklərini irəli sürüblər. İK-də indiyədək xanım üzvün olmaması da diqqətçəkən məqamdı. Keçək İK üzvlərindən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov namizədlər sırasında yoxdu. 
XƏBƏRLƏR
BLOGLAR