Xəbər lenti

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü (VİDEO)
Video 17:14 06.12.2018

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü (VİDEO)

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.

"Mercedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

Nəticədə "VAZ"ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->