Forbes jurnalı 2017-ci ildə idman və şou dünyasının ən çox qazanan şəxslərinin adını açıqlayıb.
Qaynarinfo həmin siyahını təqdim edir:
1. Floyd Meyvezə - 285 milyon dollar
Amerikalı boksçu gəlirinin böyük hissəsini rinqdə qazanıb.
2. Corc Kluni - 239 milyon dollar
Amerikalı aktyor sərvətini "Casamigos" tekila şirkətinin satışından qazanıb.
3. Kayli Cenner - 166,5 milyon dollar
Model və TV şou məşhuru olan Cenner gəlirinin əsasını kosmetika şirkətindən əldə edib.
4. Cyudi Şaydlin - 147 milyon dollar
Şaydlin həm hakim, həm də aparıcıdır. Məhkəmə proseslərini əks etdiriən TV proqramı ABŞ-da məşhurdur.
5. Dveyn Conson - 124 milyon dollar
46 yaşlı Conson gəlirini aktyorluqdan əldə edib.
6. U2 musiqi qrupu - 118 milyon dollar
7. Coldplay - 115,5 milyon dollar
8. Lionel Messi - 111 milyon dollar
Messinin Adidas, Gatorade, Pepsi, Ooredoo, Huawei ve Hawkers kimi şirkətlərlə müqaviləsi var.
9. Ed Şeran - 110 milyon dollar
27 yaşlı ingilis müğənninin 2017-ci il albomu böyük uğur qazanıb.
10. Kriştian Ronaldo - 108 milyon dollar
Ronaldo Nike firması ilə 1 milyard dollar dəyərində ömürlük müqavilə imzalayıb.
Gülşən
Şərhlər