Xəbər lenti

İdmançımız dünya çempionu oldu
İdman 10:54 21.08.2013

İdmançımız dünya çempionu oldu

Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb. 

Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəkidə güləşçilər mübarizə aparıb.

 Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıblar.

 50 kq

Mikayıl Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası (8:0), Bolqarıstan (7:0, təmiz qələbə), Rusiya (6:5) və Özbəkistan (6:4) güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini də üstələyərək (8:0) dünya çempionu olub. 

 54 kq

Niyazi Məmmədovun ilk görüşündə uduzub və mübarizəni dayandırıb. 

 58 kq

Zahid Ələkbərzadə Hindistan təmsilçisini (3:0, təmiz qələbə) üstələsə də, Ukrayna güləşçisinə (1:4) uduzub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Serbiyalı rəqibini (9:4) məğlub edən Zahid Macarıstan güləşçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Güləşçimiz beşinci olub.

 63 kq

Sənan Əlimirzəyev ilk görüşündə Rusiya təmsilçisinə uduzsa da, rəqib finala qədər irəliləyib və güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Macar rəqibini (10:2) üstələyən Sənan növbəti görüşdə qırğız güləşçisinə uduzub və mübarizəni dayandırıb. 

 100 kq

Ən ağır çəkili pəhləvanların mübarizəsində Adambek Şidukov Belarus (2:1) və Ermənistan (4:4*) güləşçilərini mübarizədən kənarlaşdırıb, gürcü rəqibinə isə uduzub. Gürcüstan təmsilçisi finala yüksəldiyindən Adambek Şidukov təsəlliverici görüşə qatılmaq haqqı qazanıb.  Ancaq güləşçimiz bu şansdan yararlana bilməyib və bolqar rəqibinə uduzub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->