Xəbər lenti

İftarda siqaret çəkmək ölümə səbəb olur:  Həkimlərdən xəbərdarlıq
Sağlamlıq 20:50 22.05.2019

İftarda siqaret çəkmək ölümə səbəb olur: Həkimlərdən xəbərdarlıq

Müqəddəs Ramazan ayı davam edir. Siqaret çəkən oruc tutanlar iftarı açdıqdan sonra ard-arda 4-5 ədəd siqaret çəkirlər.

"Ölkə.Az” xəbər verir ki, həkimlərin xəbərdarlığına əsasən, bu çox ziyanlıdır. İlk qullabdan da qəbul edilən karbon monoksid aritmiyaya səbəb ola bilər. Bu isə ölümlə nəticələnir.

Bundan başqa alimlər bildirirlər ki, infrakt nəticəsində ölümlər əsasən saat 03:00-06:00 arası olur. Əgər yatan şəxs xoruldayırsa, ağzı açı yatırsa, çox tərləyirsə, gecə su itkisi 1.5 litr olur. Bu səbəbdən yatmadan əvvəl bir stəkan su içmək lazımdır.

Ramazan ayında içilən çay stəkanlarının da sayı artır. İftarda çox çay içmək, sahurda isə içməmək lazımdır. Çünki çay sidikqovucudur. Bu səbəbdən sahurda su içmək məsləhət görülür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->