Xəbər lenti

İki aparıcı bu kanaldan getdi
Ölkə 23:19 16.09.2020

İki aparıcı bu kanaldan getdi

Bir müddət öncə Ramiz Mirzəzadə, ötən gün isə İsmayıl Abdullayevin İdman TV-dən ayrılması müzakirələrə səbəb olub. Həm mətbuatda, həm də sosial şəbəkələrdə kanalın daxilində problemlərin olduğu, İdman TV-nin daha bir neçə əməkdaşının da kanaldan ayrılacağına dair iddialar irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, kanalın direktoru vəzifəsini icra edən Rövşən Binnətli yerli mediaya müsahibəsində yayılan iddiaları təkzib edib.

O bildirib ki, İsmayıl Abdullayev təxminən ay yarım əvvəl Neftçi TV-də işləmək istədiyini bildirəndə rəhbərlik məsələyə həssas yanaşdı. Həm "Neftçi"nin tarixi klub olması, həm də təcrübəli birinin klubun telekanalına rəhbərlik etməsi kimi məsələləri nəzərə alaraq ona hər iki yerdə fəaliyyətini davam etdirə bilməsi üçün lazımi şərait yaradıldı. Və o, Azərbaycan əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla həm Neftçi TV-də, həm də İdman TV-də işinə davam etdi.

"İşlə bağlı tələbkarlıq indi bir qədər də ciddiləşib. Müəlliflərdən daha keyfiyyətli efir məhsulu, verilişlər istənilir. İdman TV-də hazırda hər bir məsələdə - nizam-intizamdan tutmuş yaradıcılığa qədər - işgüzar prinsiplər önə çəkilir. Konkret Ramiz Mirzəzadənin getməsinə gəlincə, o, daha sərbəst rejimdə işləmək arzusunda olduğunu bildirmişdi”.

Qeyd edək ki, Ramiz Mirzəzadə hazırda CBC Sport kanalında fəaliyyət göstərir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->