İki azərbaycanlı alim Rusiya EA-nın müxbir üzvü seçildi

İki azərbaycanlı alim Rusiya EA-nın müxbir üzvü seçildi

Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, sözügedən azərbaycanlı alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur.

Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.
XƏBƏRLƏR
BLOGLAR