İranda iki nəfər edam edilib.APA-nın məlumatına görə, məhbuslardan biri İlam vilayətində əhalinin gözü qarşısında, digəri isə Kürdüstan vilayətində həbsxanada icra edilib. Belə ki, İlam şəhərinin sakini, yalnız ad və soyadının baş hərfləri qeyd olunmuş 23 yaşlı məhbus ailə münaqişəsi zəminində digər bir gənci qətlə yetirməkdə günahlandırılaraq ölüm cəzasına məhkum edilib.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 4-də səhər saatlarında İlam şəhərinin İmam Hüseyn meydanında icra edilib. Onun 5 ildir həbs cəzası çəkdiyi, doğum tarixinin bəlli olmadığı, hətta yetinlik yaşına (18) çatmamış edam cəzasına məhkum edildiyi ehtimal olunur.
Bundan əlavə, Sənəndəc şəhərində bir nəfər dar ağacından asılıb. Məhbusun ad və soyadı da açıqlanıb. Yunis Əsədi təcavüzdə günahlandırılaraq edam cəzasına məhkum edilib və 18 aydır həbs cəzası çəkirmiş. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 4-də səhər saatlarında Sənəndəc şəhərinin həbsxanasında icra edilib.
Qaynar.info
Şərhlər