İki yaşlı Zəhranın erməni silahlı qüvvələri tərəfindən öldürülməsindən 3 il ötür

İki yaşlı Zəhranın erməni silahlı qüvvələri tərəfindən öldürülməsindən 3 il ötür

Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar - iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsindən üç ili tamam olur.

Qaynarinfo xəbər verir ki, Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuşdu.

Qarabağ müharibəsinin ən kiçik şəhidi hesab olunan Zəhra valideynlərinin yeganə, bir neçə ildən sonra əziyyətlə dünyaya gələn övladı idi.

Məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlar, xarici ölkələrin diplomatik nümayəndəlikləri təcavüzkar erməni ordusunu qınamış, Avropa Məhkəməsinə müraciət olunmuşdu.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR