Xəbər lenti

İlbər Ortaylı Məhəmməd Əmin Rəsulzadə ilə xatirəsini açıqladı (VİDEO)
Video 22:06 18.04.2019

İlbər Ortaylı Məhəmməd Əmin Rəsulzadə ilə xatirəsini açıqladı (VİDEO)

Türkiyənin Azərbaycandakı Səfirliyi və Türkiyə və Azərbaycan İşadamları və Sənayeçilər İctimai Birliyinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin nüfuzlu tarixçisi, professor İlbər Ortaylı Azərbaycan istiqlal hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadə haqqında xatirəsini TÜİB sədri Hüseyin Büyükfırat ilə bölüşüb.

Yenicag.az xəbər verir ki, İlbər Ortaylı lisey şagirdi olduğu vaxt qatıldığı toplantılardan birində gördüyü Məhəmməd Əmin Rəsulzadəni belə xatırlayıb:
"O zaman uşaq idim, səhv etmirəmsə, 1954-ci il olmalıdır, orta məktəbdə oxuyurdum. Yanılmıramsa, Ankarada bir şənbə günü Türk Ocağında toplantı vardı. Çox qələbəlikdi, atam-anam da oradaydı.

Təbii, Məhəmməd Əmin Rəsulzadə adı yadımda qalıb, azərbaycanlıların lideri olduğu deyilirdi. Yanında bir xanım da vardı və Məhəmməd Əmin bəy onunla söhbət edirdi. Mənsə bir şagird olaraq, onların yan-yörəsində dolaşırdım.

Birdən anamgilə dedim ki, baxın, rusca danışırlar. Bizimkilər də rusca danışa bilirlər. O zaman Rusiyadan gələnlərin çoxu – rus oldu-olmadı, rusca danışmağı sevirdilər.

Ancaq anam dedi ki, onlar rus yox, polyak dilində, lex dilində danışırlar. Atamla da Polşa haqqında danışdılar. Məhəmməd Əmin Rəsulzadə rus, polyak, həmçinin alman, fransız, fars dillərini çox yaxşı bilirdi.

İndi baxıram ki, Rusiya İmperiyasında formalaşan türk münəvvərlər var. Ancaq onları Rusiya yetişdirməyib. Onlar Tağıyev və başqa xeyriyyəçilərin maddi dəstəyi, ya da öz imkanları hesabına oxuyaraq, yetişiblər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->