İlham Əliyev açılışda - Prezident də maska taxdı (FOTO/YENİLƏNİB)

İlham Əliyev açılışda - Prezident də maska taxdı (FOTO/YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 
Daha sonra Prezident Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib. İlham Əliyevin açılış zamanı maskadan istifadə etməsi diqqət çəkib. 

Bu gün Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

İlham Əliyev yolun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında da iştirak edib.

Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub. Komplekslə tanışlıqdan sonra Prezident bir qrup idmançı ilə görüşüb.

Prezident 110/35/6 kilovoltluq "Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirk edib. 

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.

Daha sonra dövlət başçısı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.

"Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image