Xəbər lenti

İlham Əliyev Barak Obamaya məktub göndərdi
Siyasət 21:35 03.07.2013

İlham Əliyev Barak Obamaya məktub göndərdi

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı Birləşmiş Ştatların milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.

Dövlət başçısı təbrik məktubunda qeyd edib ki, Amerika Birləşmiş Ştatları ilə münasibətlər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

“Ötən dövrdə bu münasibətlərin keçdiyi böyük inkişaf yolu məmnunluq doğurur. Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız tərəfdaşlığımızı daha da möhkəmləndirir” – deyə məktubda bildirilir.

Azərbaycan prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən prezident Barak Obamanın səylərinə böyük ümidlər bəslədiyini də vurğulayıb: “Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->