"İtaliya bizim üçün yaxın dost və tərəfdaşdır.”
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.
"İtaliyaya, bildiyimiz kimi, xüsusilə Ermənistanı dəstəkləyən qüvvələrin olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı ifadə edilməsi heç də həmişə asan olmayan bir yanaşmanı ifadə etdiyinə görə minnətdarıq. Siyasi əlaqələrimiz əla səviyyədədir. Münaqişədən sonrakı dövrdə İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri tərəfimizdən daha bir dəstək əlaməti olaraq qəbul edilir. Azad edilmiş ərazilərin yenidən qurulması planlarının ilk günündən biz İtaliya şirkətlərini səfirlik vasitəsilə iştirak etməyə dəvət etdik”, - dövlət başçısı deyib.
O, İtaliyanın əvvəllər də Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirdiyini qeyd edib: "Biz İtaliya şirkətlərinin Azərbaycanda iştirakını artırmaq istəyirik”.
Onun sözlərinə görə, İtaliya şirkətləri artıq muzeylərin və müharibə memoriallarının təşkili layihəsində iştirak etməyə dəvət olunublar, başqa bir sahə də elektrik enerjisi istehsalı olacaq.
Şərhlər