Asif Nərimanlı

Blogger
Yazılar
87
İlham Əliyev Soçi masasından qalib ayrıldı (DETALLAR)

İlham Əliyev Soçi masasından qalib ayrıldı (DETALLAR)

Asif Nərimanlı

Soçi görüşü, aparılan müzakirələr və qəbul edilən üçtərəfli bəyanatla Azərbaycanın istədiyinə nail oldu: Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesi başlayır; avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlamaqla bağlı qərar qəbul olundu;

Üçtərəfli bəyanatı incələdikdə masada Bakının tələb və şərtlərinin qəbul edildiyini, İrəvanın iddialarına yer verilmədiyini görmək mümkündür.

Bəyanatda bildirilir ki, "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.

Beləliklə, tərəflər tərəflər sərhədin müəyyənləşməsi ilə bağlı razılaşırlar.

Görüşdən sonra mətbuata açıqlamalar zamanı Rusiya prezidenti Vladimir Putin bildirdi ki, ilin sonuna kimi sərhədin delimitasiyası və demarkasiyası mexanizmləri yaradılacaq.

Bu, Azərbaycanın əsas tələblərindən biri idi və Ermənistan artıq razılaşmaya imza atdı.

Bəyanatda kommunikasiyanın bərpa edilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsində əkdini tapır. Bəyanata görə, tərəflər kommunikasiya bərpası üzrə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayırlar.

Söhbət avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlamaqla bağlı qərar qəbul olunmasından gedir. Bu, bəyanatda açıq qeyd olunmasa da, liderlərin mətbuata çıxışlarında dilə gətirildi. Rusiya prezidenti Vladimir Putin bildirdi ki, "Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.

Bu, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın istəklərinin qəbul edilməməsi deməkdir. Bəyanatda 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icrasına istinad edilməsi də dəhlizin qüvvədə olduğunu göstərir. Rusiya prezidentinin çıxışında dəfələrlə dəhliz ifadəsini işlətməsi də Moskvanın Zəngəzur dəhlizi layihəsini dəstəkləməsindən irəli gəlir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi Soçi görüşünün yekununda qəbul edilən sənəddə öz ıksini tapdı və hər-hansı şərt qoyulmadı.

Bəyanatda Bakının maraqları fonunda bir neçə mühüm məqam da əksini tapır.

Birincisi, Qarabağ ifadəsi yoxdur: bu, Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin ofadəsi olması deməkdir;
İkincisi, Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur;

Soçi razılaşması Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirdi. İndi bu razılaşmaların icrası əsasdır və bu məsələdə Bakı və Moskvanın tələbi eynidir. Buna görə Ermənistanın razılaşmaları icra etməkdən başqa yolu qalmır.

OXŞAR XƏBƏRLƏR

X