Ölkə 19:12 09.04.2020

İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfransla Zirvə görüşü keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.