Çilidə 6,5 bal gücündə zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, təkanlar San Pedro qəsəbəsindən 47 kilometr uzaqlıqda, yerin 100 kilometr dərinliyində, yerli vaxtla saat 03:35-də qeydə alınıb.
And dağları üzərində meydana gələn sarsıntı geniş bölgədə, o cümlədən Boliviya və Argentinada da hiss olunub.
Dağıntıların olub olmadığı barədə hələlik məlumat yoxdur.
Camal
Şərhlər