Dünya 12:48 28.01.2022

İlon Mask bir gündə 18 milyard dollar itirdi - Forbes

Tesla-nın baş direktoru İlon Maskın sərvəti şirkətin səhmlərinin dəyərinin azalması səbəbindən 18 milyard dollardan çox azalıb.

Qaynarinfo Forbes-ə istinadla xəbər verir ki, cümə axşamı günü Maskın sərvəti 18,4 milyard dollar və ya 7,6% azalaraq 224,4 milyard dollar olub.
 
Bununla belə, Tesla rəhbəri hələ də dünyanın ən varlı adamları siyahısında birinci yerdə qalır.

Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrik avtomobilləri və onlarla əlaqəli texnologiyaların tərtibatçısı və istehsalçısı kimi yaradılıb. Elektrikli avtomobillərlə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir və onu Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?